İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “Hizbullah”ın silahları ilə bağlı böhranı həll etmək üçün avqustun 13-də Livanda danışıqlar aparacaq.
Məlumata görə, bu barədə “Al Nahar” qəzeti xəbər yayıb.
Laricani Livan Prezidenti Cozef Aun, parlamentin sədri Nabih Berri və Baş nazir Nəvaf Salam ilə görüşəcək və onlara ölkənin birliyi və müstəqilliyi ilə bağlı "mühüm strateji mesajı" çatdıracaq.
Qəzetin yazdığına görə, Livan və İran arasında gərgin münasibətlər fonunda danışıqlar çətin keçəcək. Bundan əlavə, “Hizbullah” qruplaşmalarının ABŞ və İsrailin tələblərinə uyğun olaraq tərksilahdan imtina etməsindən sonra Livanda daxili siyasi vəziyyət xeyli pisləşib. Hərəkatın tərəfdarları kütləvi küçə etirazları keçiriblər.