UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” büdcəsini xeyli zənginləşdirib.
BAKU.NEWS Publika.az-a istinadən xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin 3-cü təsnifat mərhələsində “Şkendiya”nı üstələmək (5:1, 1:0) Ağdam klubuna 4,29 milyon avro (təqribən 8,5 milyon manat) qazandırıb.
“Köhlən atlar” ÇL-dən daha çox vəsait qazana bilər. Bunun üçün pley-offda Macarıstan təmsilçisi “Ferentsvaroş”u üstələmək lazımdır. Bu halda “Qarabağ” daha 18,62 milyon avro (36,95 milyon manat) əldə edəcək.