Rusiyada “WhatsApp” və “Telegram” zəngləri mümkün olmayacaq.
Bu barədə “Ostorojno Media” məlumat yayıb.
Məlumata görə, qərar artıq ən yüksək səviyyədə qəbul edilib.
Bildirilir ki, qərar “terrorçulara qarşı mübarizə çərçivəsində” qəbul edilib. Bununla belə, kanallar və müntəzəm yazışmalar hələ də istifadəçilər üçün əlçatan olacaq.