AZ

Tiflisdə 8 aydan çoxdur həbsdə olan ictimai fəal İnsaf Əliyev aclığı dayandırdı... 

 
 
 
 
 
 
2024-cü ilin dekabrında Tiflisdə Gürcüstanın hazırkı hakimiyyətinə qarşı kütləvi etiraz mitinqlərində iştirakı zamanı guya polisə qarşı güc tətbiq etməsi ittihamıyla həbs edilimiş azərbaycanlı ictimai fəal, gürcü mxalifəti tərəfindən vicdan məhbusu sayılan İnsaf Əliyev ailə üzvlərinin – həyat yoldaşının və 90 yaşlı nənəsinin xahişi ilə aclıq aksiyasına son qoyub.
 
Moderator.az  Azərbaycan türkcəsində efirə gedən "Marneuli FM" radiosuna istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə ictimai fəalın vəkili Ayhan Həsənli məlumat yayıb.
 
Vəkilin sözlərinə görə, İnsaf Əliyevlə Gürcüstanın Xalq Müdafiəçisinin (Ombudsmanının) nümayəndələri də görüşüblər. “Bu çətin qərarı verdiyi üçün ona təşəkkür edirəm,” – deyə Həsənli bildirib və əlavə edib ki, görüşün təfərrüatları barədə daha sonra məlumat verəcək.
 
Ayhan Həsənli qeyd edib ki, hər bir halda vurğular düzgün qoyulmalıdır. Əsas məsələ yalnız İnsaf Əliyevin aclığa başlaması faktı deyil, həm də onun təsvir etdiyi şərait və ona qarşı tətbiq olunan güc və tədbirlərin proporsionallığıdır:
 
“Sistem anlayanda ki, dövlətin mövcudluğunun əsas ideyası və məqsədi insanın və onun ləyaqətinin qorunması və təmin edilməsidir, yalnız o zaman dövlətçilikdən danışa bilərik.”
 
İnsaf Əliyev aclıq aksiyasına 11 avqustda saxlandığı müəssisədə mövcud olan antisanitariya şəraitinə və tibbi yardıma çıxış imkanının məhdudlaşdırılmasına etiraz olaraq başlamışdı. Vəkilin sözlərinə görə, onun kamerasında çoxlu sayda tarakan var idi. Şikayətdən sonra o və kamera yoldaşları 186-cı kameradan 248-ci kameraya köçürüldülər. Yeni kamerada su yox idi, kanalizasiya tutulmuşdu, buna görə məhbuslar əl-üzlərini yumaq və qab yumaq imkanından məhrum idilər ki, bu da onların qida qəbulunu məhdudlaşdırırdı...
 
Həsənlinin bildirdiyinə görə,İnsaf Əliyev kömək üçün müraciət etsə də, beş saat ərzində heç bir reaksiya verilməyib. Daha sonra qapını döydüyünə görə “qayda pozuntusu” haqqında akt tərtib olunub və həmin axşam Əliyev 5 günlük təkadamlıq kameraya – karserə yerləşdirilib. Sağlamlıq problemlərinə baxmayaraq, ona dərmanlarını və şəxsi əşyalarını götürməyə icazə verilməyib, qandal vurularaq fiziki güc tətbiqi ilə aparılıb.
 
Bundan əvvəl, yeni kamerada suya çıxışın olmaması və kanalizasiyanın nasazlığı barədə irad bildirdikdən sonra, Əliyev müvəqqəti olaraq 186-cı kameraya qaytarılıb. Orada yeni dezinfeksiya işləri aparıldığı üçün güclü kimyəvi qoxuya görə iki dəfə özünü pis hiss edib və həkimə aparılması zəruri olub.
 
İnsaf və daha 7 vicdan məhbusunun işi "FIDH" (Beynəlxalq İnsan Haqları Federasiyası), "OMCT" (İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı), Human Rights House Foundation (HRHF) və digər beynəlxalq təşkilatlar tərəfindən izlənilir və siyasi motivli hesab olunur.
 
İnsaf 8 aydır ki, istintaq təcridxanasındadır. Onun vəkili Ayhan Həsənlinin sözlərinə görə, hakim vicdan məhbuslarının həbsdə qalması üçün prosesi yaxın bir ay ərzində yekunlaşdırmaq və hökm çıxarmaq istəyir. Gürcüstan qanunlarına görə, məhkəməyəqədər həbs müddəti maksimum 9 aydır.
 
2024-cü ilin noyabr-dekabr aylarında “Gürcü Arzusu”nun Qərb strukturlarına inteqrasiyasının dayandırılmasına etiraz edən mitinqlərdə iştirak etdiklərinə görə onlarla insan həbs edilib. İttiham tərəfi həmçinin İnsaf Əliyev və digər 7 vicdan məhbusunun işi ilə oxşar olan 11 vicdan məhbusunun işi üzrə şahidlərin dindirilməsini də başa çatdırıb.
 
Hazırda Gürcüstanda 50-dən çox vicdan məhbusu var.
 
Jurnalist və media meneceri, “Batumelebi” və “Netgazeti”nin təsisçisi, direktoru Mzia Amağlobeli 2 il müddətinə azadlıqdan məhrum edilib.
 
S.Laçın
Seçilən
69
29
moderator.az

10Mənbələr