AZ

Cəlal Hüseynovun komandasından heç-heçə

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun da formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında 4-cü tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda evdə Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb.

Oyunda hesab açılmayıb – 0:0. Cəlal da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.

“Arda” hazırda turnir cədvəlində 5 xalla 8-cidir.

Seçilən
38
2
sportinfo.az

10Mənbələr