AZ

Hindistanda tükürpədən cinayət: Qohumlar qadını hamilə qalmasına kömək etmək məqsədilə zorladılar

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Hindistanda 40 yaşlı qadın ərinin atası və digər qohumu tərəfindən zorlanıb, cinayəti törədənlər əməllərini "qadının hamilə qalmasına kömək etmək" istəyi ilə izah ediblər.

Oxu.Az xəbər verir ki, tükürpədən hadisə haqqında "The Times of India" nəşri məlumat yayıb.

Qadın uşağı salandan sonra qohumlarından polisə şikayət edib.

O bildirib ki, 2024-cü ildə ailə qurub və ərinin qohumlarının evinə köçüb. Cütlük uşaq dünyaya gətirməyə çalışsa da, cəhdlərin heç biri nəticə verməyib. Qadın və onun partnyoru müayinədən keçib, müayinə zamanı kişiyə sperma hərəkətliliyinin aşağı olması diaqnozu qoyulub.

Cütlük süni mayalanma proseduruna müraciət ediblər. Lakin bu cəhd də uğursuz alınıb. Qadın uşaq evindən körpə götürməyə hazır olduğunu bildirsə də, əri və ailəsi buna qəti şəkildə qarşı çıxıblar.

Zərərçəkənin sözlərinə görə, bu hadisə ailə mübahisələrinə yol açıb. Belə ki, yaranan münaqişədən bir müddət sonra qayınatası gecə saatlarında onun evinə soxulub. O, oğlunun nəslinin davam etdirməsinə kömək etməyə hazır olduğunu bildirib və gəlinini zorlayıb. Bu barədə qadın ərinə danışanda, əri qadına baş verənlərlə bağlı susmağı əmr edib, itaətsizlik göstərəcəyi təqdirdə onun açıq-saçıq şəkillərini internetdə yerləşdirəcəyi ilə hədələyib.

Bundan sonra qayınata gecə daha bir neçə dəfə gəlininin yanına gəlsə də, hamiləlik baş verməyib. Sonra qocanı ərin başqa bir qohumu əvəz edib. Onunla münasibətdən sonra hamiləlik baş verib, lakin qadın bu dəfə hüquq-mühafizə orqanlarına müraciət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
oxu.az

2Mənbələr