BAKI, 13 avqust. TELEQRAF
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda baş verən zəlzələ nəticəsində uçmuş 4 mərtəbəli binanın sahibi həbs olunub, podratçının barəsində isə evdən çıxmamaq qərarı verilib.
Teleqraf "Hurriyet"ə istinadən xəbər verir i, Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələdə 4 mərtəbəli binanın uçması ilə əlaqədar "ehtiyatsızlıqdan ölüm və yaralanmaya səbəb olmaq" ittihamı ilə saxlanılan bina sahibinin barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, avqustun 10-da Balıkesirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ zamanı 4 mərtəbəli bina uçub. 6 nəfər dağıntılar altından çıxarılıb. Onlardan 81 yaşlı kişi isə xəstəxanada dünyasını dəyişib.