Türkiyənin Balıkesir şəhərində 4,1 maqnitudalı zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, zəlzələ Sındırğı rayonunda yerli vaxtla 00:30-da (Bakı vaxtı ilə 01:30-da) qeydə alınıb.
Xatırladaq ki, avqustun 10-da da Sındırğıda 6,1 maqnituda gücündə dağıdıcı zəlzələ olmuşdu.