Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin nizamnaməsinə dəyişikliklər etmək hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Yığıncaq, cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərar qəbul edir. İştirakçılar, cəmiyyətin idarə heyətini və təftiş komissiyasını seçməkdə və cəmiyyətin üzvlərinin mütləq ödənişlərini müəyyən etməkdə səlahiyyətlidir. Ümumi yığıncaq, cəmiyyətin maliyyə fəaliyyətini tənzimləyən qərarları təsdiqləyir.