AZ

İran rəsmisi: İsrail AEBA-ya sızaraq məlumatlarımızı ələ keçirib

BAKI, 13 avqust. TELEQRAF

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami İsrailin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) sızdığını və bu yolla ölkələrin məxfi məlumatlarından istifadə etdiyini iddia edib.

Teleqraf İranın İSNA agentliyinə istinadən xəbər verir ki, M.İslami AEBA-nınTehranın nüvə fəaliyyətlərinə yanaşmasını tənqid edib.

“İsrail Agentliyə sızıb və ondan ölkələrin məxfi məlumatlarını ələ keçirmək üçün istifadə edir”, - İslami bildirib.

İsrailin İrana qarşı 12 günlük hücumları zamanı AEBA-nın nəzarətində olan bəzi mərkəzlərin vurulduğunu xatırladan İslami ABŞ-nin uzun müddətdir İrandakı nüvə obyektlərinə hücum etməyi planlaşdırdığını bildirib.

İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə prosesi
İyunun 13-də İsrail ordusunun yüksək komandanlığı da daxil olmaqla, İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə irimiqyaslı hücumlar həyata keçirib.

Hücum zamanı İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək rütbəli komandirlər və 9 nüvə alimi həyatını itirib.

İsrailə açıq dəstək verən ABŞ iyunun 22-də İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə hücum edib.

İyunun 24-də İran və İsrail arasında atəşkəs əldə olunub.

Seçilən
90
44
teleqraf.com

10Mənbələr