AZ

Armand Duplantis 13 cü dünya rekordunu qırıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Stokholm, 13 avqust, Nərgiz Cəfərli, АZƏRTAC

Dirəklə tullanmada isveçli Armand Mondo Duplantis Budapeştdə 6,29 metr hündürlüyə tullanaraq 13-cü dəfə dünya rekordunu müəyyənləşdirib.

AZƏRTAC-ın məlumatına görə, Mondonun yolu 2020-ci ilin fevralında başlayıb. O, Polşanın Torun şəhərində 6,17 metr tullanaraq, uşaqlıq kumiri Renaud Lavillenienin səkkizillik rekordunu yeniləyib.

“Mən Renaudu hörmətlə anmaq istəyirəm, onsuz bu hündürlüyü aşa bilməzdim”, – deyə o bildirib. Cəmi bir həftə sonra 20 yaşlı idmançı nəticəsini daha bir santimetr artıraraq, Şotlandiyanın Qlazqo şəhərində keçirilən qış turnirində 6,18 metr tullanıb.

2022-ci ildə Duplantis üç dəfə rekordu yeniləyib (6,19; 6,20; 6,21 m) və həm qapalı, həm də açıq havada dünya çempionatlarında qızıl medal qazanıb.

2023-cü ildə o, Lavillenie turnirində 6,22 metr, daha sonra Yucin şəhərində 6,23 metr tullanaraq rekordu yeniləyib.

“Mən Renaudu hörmətlə anmaq istəyirəm, onsuz bu hündürlüyü aşa bilməzdim”, – deyə o təkrar vurğulayıb.

2024-cü ilin aprelində 6,24 m, Paris Olimpiya finalında 6,25 m, üç həftə sonra Katovitsdə 6,26 m.

2025-ci ildə isə o, iki dəfə rekord qırıb: Klermon-Ferrandda 6,27 m, Stokholmda isə 6,28 m tullanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
6
azertag.az

7Mənbələr