AZ

Bu razılaşmalar Cənubi Qfqazın potensialını üzə çıxaracaq

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Ermənistan arasında ABŞ ilə razılaşmalar Cənubi Qafqazın əhəmiyyətli potensialını üzə çıxaracaq.

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus ənənəvi brifinqdə deyib.

Onun sözlərinə görə, bu, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açacaq.

“İki ölkənin liderləri (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan – red.) ABŞ ilə ikitərəfli iqtisadi sazişlər imzalayıblar ki, bu da Cənubi Qafqazın ticarət, tranzit, enerji, infrastruktur və texnologiya sahələrində mühüm potensialını, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açıb”, - Bryus bildirib.

O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh bəyannaməsi Trampın sülh prezidenti olduğunu göstərdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
modern.az

6Mənbələr