AZ

İkinci dəfə toy etdi, ailəsini çağırmadı

Devid və Viktoriya Bekhemin böyük oğlu Bruklin Bekhem həyat yoldaşı Nikola Peltzlə evliliklərinin üçüncü ildönümündə təntənəli mərasimlə evlilik andlarını yeniləyiblər. 

OLAY yazır ki, 2 avqust 2025-ci ildə Floridada Nikola Peltzin milyarder atası Nelson Peltzin “Palm Beach”dəki malikanəsində keçirilən mərasimdə cütlük sevgi və bağlılıqlarını bir daha təsdiqləyib.

Mərasimdə Nikola Peltz anası Klaudia Heffner Peltzin 1985-ci ildə geyindiyi gəlinliyini modernləşdirilmiş formada geyinərək ailəsinə olan ehtiramını göstərib. Nikolanın atası Nelson Peltz mərasimi idarə edib.

Lakin Bruklinin valideynləri Devid və Viktoriya, eləcə də digər ailə üzvləri tədbirə dəvət olunmayıb. 

Bu, ailə arasında davam edən gərginliyin bir göstəricisi kimi qiymətləndirilib.


Seçilən
1
1
olay.az

2Mənbələr