AZ

Türkiyə və Gürcüstanın birinci xanımları görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Eminə Ərdoğan Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin həyat yoldaşı Tamar Baqrationi ilə görüşüb.Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Eminə Ərdoğanın təşəbbüsü ilə başladılan “Qlobal sıfır tullantı yaxşı niyyət bəyannaməsi”nə dəstək verməkdən böyük məmnunluq duyacağını bildirən Baqrationi, daha sonra sənədi imzalayıb. Eminə Ərdoğan Tamar Baqrationini Prezident Administrasiyasındakı Dövlət Qonaq Evində səmimi şəkildə qarşılayıb. Görüş zamanı iki ölkənin mədəni oxşarlıqları müzakirə olunub. Baqrationi Eminə Ərdoğanın fəaliyyətlərini yüksək qiymətləndirərək ondan öyrənəcək çox şeyi olduğunu bildirib.

Ailə dəyərlərinin qorunması və gələcək nəsillərə təmiz, sağlam bir gələcək çatdırılması mövzusunda diqqətlərini ifadə edən Baqrationi Türkiyənin də ailə dəyərlərinə sahib çıxan ölkə olmasından məmnunluğunu vurğulayıb.

Seçilən
10
1
metbuat.az

2Mənbələr