ABŞ Açıq Çempionatı dünya reytinqində 21-ci sırada qərarlaşan bolqarıstanlı tennisçi Qriqor Dimitrovun turnirdən çəkilməsini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, onun yerini əsas mərhələdə 103-cü reytinqdə olan çilili tennisçi Alehandro Tabilo tutacaq.
Xatırladaq ki, Dimitrov 2025-ci ilin Uimbldon turnirində yarımfinala gedən yolda dünya birincisi italiyalı Yannik Sinnerlə 1/8 final qarşılaşmasında 2:0 hesabı ilə öndə olarkən zədə alıb (6:3, 7:5, 2:2 — təslim). Sonradan məlum olub ki, bolqar tennisçi böyük sinə əzələsinin qismən yırtığına məruz qalıb.
Bu il ABŞ Açıq Çempionatı 24 avqust - 9 sentyabr tarixlərində keçiriləcək. Keçən il isə Dimitrov turnirin dörddəbir finalına qədər irəliləyib və orada amerikalı Francis Tiafoya məğlub olaraq dördüncü setdə təslim olub (3:6, 7:6, 3:6, 1:4 — təslim).