AZ

Türkiyədə zəlzələ baş verib

Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda yenidən zəlzələ olub.

Day.Az-ın məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin gücü 4 maqnituda, dərinliyi isə 10.97 kilometr olaraq qeydə alınıb.

Təbii fəlakətin nəticələri barədə hələ məlumat yoxdur.

Xatırladaq ki, avqustun 11-də Sındırqıda ard-arda iki zəlzələ qeydə alınmışdı.

Seçilən
40
17
day.az

10Mənbələr