AZ

Cənubi Koreyada ilk dəfə sabiq birinci xanım həbs olundu

Seul Mərkəzi Dairə Məhkəməsi Koreya Respublikasının keçmiş birinci xanımı Kim Qun Henin korrupsiyada şübhəli bilinərək həbs olunmasına qərar verib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun işinə məsul olan xüsusi prokurorun nümayəndələri məlumat veriblər.

Ölkə tarixində ilk dəfə olaraq keçmiş prezidentin həyat yoldaşının həbsinə order verilib. Onun əri, keçmiş prezident Yu Sok-Yol iyulun 10-dan istintaq təcridxanasında saxlanılır.

Xüsusi prokurorun komandası həbs tələbinin səbəbi kimi sübutların məhv edilməsi ehtimalını göstərib.

Çərşənbə axşamı orderin verilməsi ilə bağlı tərəflərlə keçirilən dinləmə təxminən 4 saat davam edib. Keçmiş birinci xanım Cənubi Seuldakı təcridxanada məhkəmənin qərarını gözləyib. Onun əri, Koreya Respublikasının keçmiş prezidenti başqa təcridxanada saxlanılır.

Xatırladaq ki, Yun Sok-Yol aprel ayında hərbi vəziyyətə görə hakimiyyətdən uzaqlaşdırılıb. Konstitusiya Məhkəməsi ölkənin əsas qanunlarına zidd olaraq hərbi vəziyyətin elan edilməsi barədə qərar çıxarıb.

Seçilən
32
1
moderator.az

2Mənbələr