AZ

İsveçli idmançı nizə ilə tullanmada dünya rekordunu yenilədi

İsveçli idmançı nizə ilə tullanmada dünya rekordunu yenilədi

İkiqat olimpiya çempionu Arman Dyuplantis nizə ilə tullanmada dünya rekordunu 13-cü dəfə yeniləyib. İdmançı bu nailiyyətini 12 avqustda Budapeştdə keçirilən İştvan Dyulai Memorialında əldə edib.

İsveçli atlet 6,29 metr nəticə göstərib. Dyuplantis iki dəfə olimpiya çempionu olub, dünya çempionatını iki dəfə, Avropa çempionatını isə üç dəfə qazanıb.

Əvvəlki dünya rekordu (6,28 m) idmançı iyunda Stokholmda keçirilən "Brilyant Liqa" mərhələsində qırmışdı.

Keçən ilin avqust ayında Dyuplantis Polşanın Sileziya şəhərində keçirilən turnirdə 6,26 metrlik nəticə ilə rekord müəyyən etmişdi. Əvvəlki dünya rekordu (6,25 m) isə Dyuplantis tərəfindən Paris Olimpiadasında qoyulmuşdu.

Seçilən
26
afn.az

1Mənbələr