AZ

Prezident Tramp Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə sadiqdir

Bakı. Trend:

Prezident Donald Tramp Azərbaycan və Ermənistan arasındauzunmüddətli sülhün bərqərar olmasına sadiqdir.

Trend-inməlumatına görə, bunu brifinqdə ABŞ Dövlət Departamentinin rəsminümayəndəsi Temmi Bryus bildirib.

“Bütün dünya bilir ki, Prezident Tramp münaqişələrin və yadöyüşlərin müddətindən asılı olmayaraq ölkələr arasındauzunmüddətli sülh axtarır. Eyni zamanda, gördüyümüz kimi, o,realist olaraq qalır. Onun yanaşması diplomatiyaya əsaslanır. Lakino, ABŞ prezidenti kimi səlahiyyətlərindən tam istifadə etmək vəmüharibələrə son qoymaq üçün nə lazımdırsa etməyə hazırdır”, – deyəBryus vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev,ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol PaşinyanVaşinqtonda birgə bəyanat imzalayıblar.

Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındamünasibətlərin yaradılması haqqında Saziş” layihəsini paraflayıb vəATƏT-in Minsk prosesinin bağlanmasına dair birgə müraciətimzalayıblar.

Seçilən
5
az.trend.az

1Mənbələr