AZ

“Şkendiya”nın baş məşqçisi: Matçla bağlı danışmağa sözüm yoxdur

Bakı, 12 avqust, AZƏRTAC

“Bakıya qələbə üçün gəlmişdik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, “Qarabağ”ı növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib: “Onlar bizdən yaxşı oynadı. Matçla bağlı danışmağa sözüm yoxdur. Sabah oyunu analiz edəcəyik. Məğlubiyyətə səbəb çoxdur. Səhvlərdən dərs çıxarmaq önəmlidir”, - deyə Ceton Beqiri bildirib.

Seçilən
13
azertag.az

1Mənbələr