AZ

Lavrovla Rubio görüş hazırlıqlarından danışdı

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlığı müzakirə ediblər.

Bakupost.az xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, "hər iki tərəf tədbirin uğurla keçirilməsinə sadiq olduqlarını təsdiqlədi".

Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə bildirib ki, prezidentlərin görüşü Ankoricdə keçiriləcək: "Cümə günü səhər prezident Tramp Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək üçün Alyaska ştatının Ankoric şəhərinə gedəcək".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
www.bakupost.az

2Mənbələr