AZ

“Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nin tenderi ləğv edilib

“Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” l kibertəhlükəsizlik laboratoriyası üçün avadanlıqların satın alınması üzrə tender keçirsə də, tender ləğv olunub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğvin səbəbi satınalmada iştirak etmək üçün təklif və təminat təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır (36.1.1).

Tenderin ehtimal olunan qiyməti 84,060.35 AZN təşkil edirdi.

Seçilən
10
nocomment.az

1Mənbələr