AZ

TƏBİB Bakıdakı zəncirvari qəza ilə bağlı vəziyyəti AÇIQLADI

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün saat 18:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Bakupost.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq 1947, 1970 və 2009-cu il təvəllüdlü şəxslərə döş qəfəsinin əziyi, burun, yanaq, gicgah sümüklərinin sınığı, boyunun və müxtəlif nahiyələrin səthi travması diaqnozları təyin olunduğu bildirilib.

Vəziyyəti ağır qiymətləndirilən 1947-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
6
www.bakupost.az

8Mənbələr