ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
“Bakıya qələbə üçün gəlmişdik”.
Modern.az xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, “Qarabağ”ı növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib: “Onlar bizdən yaxşı oynadı. Matçla bağlı danışmağa sözüm yoxdur. Sabah oyunu analiz edəcəyik. Məğlubiyyətə səbəb çoxdur. Səhvlərdən dərs çıxarmaq önəmlidir”, - deyə Ceton Beqiri bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.