AZ

Vilayət Eyvazov Rusiyada keçirilən iclasa qatılmadı

Vilayət Eyvazov Rusiyada keçirilən iclasa qatılmadı

Avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

AFN.az xəbər verir ki, iclasda MDB ölkələrinin cinayətkarlıqla birgə mübarizə, hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, qeyri-qanuni miqrasiya problemləri və onların həlli yolları, informasiya-kommunikasiya texnologiyalarından istifadə və digər məsələlər müzakirə olunub. Lakin Azərbaycan daxili işlər naziri iclasda iştirak etməyib.

Məlumata görə, Azərbaycan Daxili İşlər Nazirliyi şuranın iclasında iştirakdan imtina edib.

Rusiya mediası bildirir ki, Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsevin sədrliyi ilə keçirilən iclasda ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Böyük Vətən Müharibəsində Böyük Qələbənin 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak ediblər.

Seçilən
20
13
afn.az

10Mənbələr