AZ

Zelenski açıqladı: Rusiya bu istiqamətlərdə hücuma hazırlaşır

ain.az, Bakupost saytına istinadən bildirir.

Rusiya üç istiqamətdə hücum əməliyyatlarına hazırlaşır. Bunlar Zaporojye, Pokrovsk və Novopavlovsk istiqamətləridir. Rusların gündəlik itkiləri Ukraynanınkından üç dəfə çoxdur. Onların gündəlik min itkisi var. 500 ölü, 500 yaralı.

Bakupost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, artilleriyada üstünlük Rusiya tərəfindədir. Amma Ukraynanın dronları daha çoxdur.

“Dronlar üçün kifayət qədər pul yoxdur, ona görə də hələlik göstərici 1-in 1,4-ə nisbətindədir. Amma biz hesab edirik ki, bu, 1-in 2,5 nisbətində ola bilər. Biz avropalı tərəfdaşlardan maliyyə gözləyirik”, - Zelenski bildirib.

Ukrayna lideri onu da qeyd edib ki, ruslar üç istiqamətdə hücum əməliyyatına hazırlaşırlar. Əsas istiqamətlər Zaporojye, Pokrovsk və Novopavlovskedir”, - deyə Zelenski qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
www.bakupost.az

2Mənbələr