AZ

Qəzza üçün 27 dövlət birgə bəyanat yaydı

Böyük Britaniya, Kanada və Aİ də daxil olmaqla 27 tərəfdaş ölkə Qəzzadakı vəziyyətlə bağlı birgə bəyanat yayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 27 tərəfdaş dövlət Qəzzada humanitar yardım və qeyri-hökumət təşkilatlarının (QHT) üzləşdiyi məhdudiyyətlərlə bağlı birgə yazılı bəyanat yayıblar.

Bəyanatda, “Qəzzada humanitar əzab pik həddə çatıb. Qıtlıq gözümüzün önündə baş verir. Aclığı dayandırmaq üçün təcili tədbirlər görülməlidir”, -deyə vurğulanır. 

Bəyanatda o da vurğulanıb ki, humanitar yardımların çatdırılmasına imkan yaradılmalı və yardım heç vaxt siyasiləşdirilməməlidir. 

Qeyd edilib ki, bütün beynəlxalq QHT-lər tərəfindən yardım çatdırılmasına icazə verilməli, bu humanitar tədbirə olan maneələr aradan qaldırılmalıdır. 

 

Seçilən
59
1
qafqazinfo.az

2Mənbələr