AZ

Rubio: Alyaskada ABŞ-Rusiya sammiti tanışlıq görüşü olacaq

ABŞ dövlət katibi Marko Rubio Alyaskada keçiriləcək sammiti ABŞ və Rusiya prezidentləri Donald Tramplə Vladimir Putin arasında Amerika liderinin vəziyyəti şəxsən qiymətləndirməsi üçün zəruri olan tanışlıq görüşü kimi qiymətləndirib.

“Report” xəbər verir ki, o, bu fikri “77 WABC” radiostansiyasına müsahibəsində bildirib.

"Açığı, düşünürəm ki, bu, tanışlıq xarakterli görüş olacaq. Putinlə bir neçə dəfə telefon danışığından sonra prezident hiss edir ki, masa arxasında onun gözlərinin içinə baxmaq lazımdır. Qiymətləndirmək üçün onunla üz-üzə görüşməlidir", - Rubio deyib.

Dövlət katibi görüşün özünün Rusiya tərəfinə güzəşt olması ilə bağlı tənqidləri rədd edib. "Prezident Tramp üçün görüş güzəşt deyil. O, buna belə baxmır. Görüş vəziyyəti başa düşmək və qərar qəbul etmək üçün etdiyiniz bir şeydir" , - diplomat əlavə edib.

Bundan əvvəl Tramp Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini gözlədiyini bildirmişdi. Sonra Ağ Evin mətbuat katibi Kerolayn Livitt görüşün ştatın ən böyük şəhəri Ankoricdə baş tutacağına aydınlıq gətirib.

Seçilən
24
6
report.az

7Mənbələr