AZ

Tramp Alyaskanın Ankoric şəhərində Putinlə təkbətək görüşmək istəyir

ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı həm də təkbətək danışıqlar aparmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

“Bəli, bu planın bir hissəsidir”, – o əlavə edib.

Livitt həmçinin ABŞ və Rusiya sammitinin digər detalları ilə bağlı məlumatın razılaşdırıldıqdan sonra açıqlanacağını vurğulayıb.

Seçilən
6
9
apa.az

10Mənbələr