AZ

Ukrayna üçün qorxunc ssenari: Putin Trampdan bunları tələb edəcək ŞOK SİYAHI

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bəzi media orqanlarının iddiasına görə, avqustun 15-də Alyaskada keçiriləcək Putin-Tramp görüşü ərəfəsində Rusiya liderinin tələblərini Kremlin müşaviri səsləndirib.

Globalinfo.az nəşrin dərc etdiyi siyahıya əsasən, Moskvanın şərtlərini təqdim edir:

Ukrayna Silahlı Qüvvələrinin Donbassdan çıxarılması;

Donbass istisna olmaqla, digər istiqamətlərdə cəbhə xəttini saxlayaraq Rusiya qoşunlarının Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindən çıxarılması;

Ukraynanın NATO-ya qoşulmamaq öhdəliyi;

Ukraynanın demilitarizasiyası və federal strukturun konstitusiya islahatı;

Mənbə yazır ki, əgər Kiyev bu tələbləri qəbul etməsə, Putin Trampdan Ukraynaya bütün hərbi yardımı dayandırmasını, həmçinin Avropa ölkələrinə silah satışını məhdudlaşdırmasını istəyəcək ki, həmin silahlar Ukraynaya keçməsin.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
globalinfo.az

2Mənbələr