AZ

Senator Adam Şiff Trampı gözdən salmaq üçün gizli məlumat sızdırıb?

Senator

Demokrat senator Adam Şiff, ABŞ-ın 45-ci prezidenti Donald Trampın ən böyük tənqidçilərindən biri kimi tanınır, 2017-ci ildə 45-ci prezidentin nüfuzunu zədələmək məqsədilə gizli məlumatların sızdırılmasına razılıq verib. Bu barədə Just the News portalı FBI sənədlərinə istinadla xəbər verir.Sənədlərə görə, Şiff əməkdaşlarla keçirilən gizli görüşdə kompromat məlumatlarını ictimaiyyətə açıqlamaq planlarından danışıb.“[İnformator] Şiff ilə bütün işçilərin görüşünə çağırıldı. Görüşdə Şiff dedi ki, qrup Tramp haqqında kompromat xarakterli gizli məlumatları sızdıracaq. Bu məlumatlar Tramp prezidentliyinə qarşı ittihamlar üçün istifadə olunacaq,” – məlumatda belə deyilir.Nəşr qeyd edir ki, informator belə hərəkətlərin qanuniliyindən narahat olsa da, senator ona heç bir nəticə olmayacağına zəmanət verib. Jurnalistlər bildirirlər ki, bu məlumatlar respublikaçıların uzun müddətdir Şiffin Tramp administrasiyasına qarşı şübhəli metodlarla sistemli müqavimət göstərdiyi barədə iddialarını təsdiqləyir.Ulusum.az

Diqqət Çəkənlər

12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir

Şahmar Ələkbərovun vəfatının 33-cü ildönümü qeyd olunur

Xəzərdə zəlzələ baş verdi

Seçilən
27
ulusum.az

1Mənbələr