Sudanda son bir həftədə 2 min 627 yeni xoleraya yoluxma qeydə alınıb.
Bu barədə Sudan Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.
Açıqlamada bildirilib ki, həmin müddətdə xolera səbəbindən 50 nəfər ölüb.
2024-cü ilin avqustundan bəri Sudanda qeydə alınan ümumi xolera xəstələrinin sayı 99 min 756-ya, ölənlərin sayı isə 2 min 475-ə çatıb.