Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şəki, 12 avqust, AZƏRTAC
Şəkidə tövlə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən AZƏRTAC-a bildirilib ki, hadisə Baş Layısqı kəndində baş verib. Kənd sakini, 65 yaşlı Sədiyyə Fəttahovaya məxsus ümumi sahəsi 56 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 2 tona yaxın ot bağlaması yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın söndürülüb, hadisənin başvermə səbəbi araşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.