AZ

Zelenski: Alyaskada Ukrayna olmadan qərarlar qəbul edilə bilməz

Zelenski: Alyaskada Ukrayna olmadan qərarlar qəbul edilə bilməz

Ukrayna Prezidenti Vladimir Zelenski Alyaskada Rusiya-ABŞ sammitində Ukraynanın iştirakı olmadan qəbul edilən qərarları tanımayacağını bildirib.

AFN.az xəbər verir ki, Zelenski deyib: “Ukraynasız Ukraynadan danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək. Ona görə də söhbət onların ikitərəfli treki üçün vacib ola bilər, lakin onlar bizsiz Ukrayna ilə bağlı heç nə qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu başa düşür və nəzərə alır.”

Qeyd edək ki, avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında görüş planlaşdırılıb.

Seçilən
52
afn.az

1Mənbələr