Alvaro Morata karyerasını “Komo” klubunda davam etdirəcək. Msport.az xəbər verir ki, ispa+niyalı hücumçu İtaliya klubunda icarə əsasında çıxış edəcək.
Transfer hüquqları “Milan”a məxsus olan 32 yaşlı forvard 2025-2026-cı illər mövsümünü “Komo”da keçirəcək.
Morata 2025-ci ilin martından icarə əsasında “Qalatasaray”ın formasını geyinirdi. İspaniya millisinin hücumçusu vaxtından əvvəl İstanbulu tərk etdi ki, “Komo”ya keçsin. “Qalatasaray”da 16 oyun keçirən Morata 7 qol vurdu və 3 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Komo” komandasını Sesk Fabreqas çalışdırır. O, Morata ilə birgə İspaniya yığmasında və “Çelsi”də çiyin-çiyinə çıxış edib.