AZ

1,6 milyon manat borcu olan şirkət kimindir?

“Fales İnşaat” şirkətinin xüsusilə külli miqdarda vergi borcu var. 

Hit.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 1 636 681,01 manat təşkil edir. 

“Fales İnşaat” MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 30 manatdır. Şirkətin qanuni təmsilçisi Hətəmov Ramil Xatir oğludur. 
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

Abbas 

Seçilən
25
hit.az

1Mənbələr