Ayaqlarını qaldıraraq motosiklet idarə edir... Digərində ikitəkərli nəqliyyat vasitəsi hərəkətdə olan zaman əllərini sükandan çəkir...
Xezerxeber.az xəbər verir ki, bəzi görüntülərdə isə sürücü motosikili kaskasız idarə edir.
Həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Fidan Bağırlı saxlanılıb. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Fidan Bağırlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.
Baş verən qayda pozuntuları nəzərə alınaraq polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha sürücülərə müraciət edərək bildirib ki, qaydalara əməl etməyən şəxslər məsuliyyətə cəlb olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.