AZ

Alyaska sammitinin nəticələrini tanımayacağıq Zelenski

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və Rusiyanın Alyaskada keçiriləcək sammitində qəbul ediləcək qərarların Kiyev tərəfindən tanınmayacaq.

Bakupost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Gənclər burada” forumunda çıxış edərkən bildirib.

“Ukrayna olmadan Ukrayna haqqında danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Danışıqlar onların ikitərəfli trayektoriyası üçün önəmli ola bilər, amma Ukrayna olmadan Ukrayna barədə heç bir qərar qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu başa düşür və nəzərə alır”,- Zelenski əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 15 avqustda Alyaskada Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsinin uzunmüddətli sülh yolu ilə həllini müzakirə etmək üçün görüş keçirəcəyini açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
www.bakupost.az

1Mənbələr