Prezidentlər Vladimir Putin və Donald Tramp arasında danışıqlar ərəfəsində Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, hər hansı güzəştlərin əldə olunması üçün Ukraynaya deyil, Rusiyaya təzyiq etmək lazımdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini Ukraynanın “Public” telekanalı sitat gətirib.
"Əslində əlavə güzəştlər etmək üçün Ukraynaya deyil, Rusiyaya təzyiq edilməlidir. Üstəlik, Ukraynanın qeyd-şərtsiz atəşkəsi qəbul etməsi artıq Kiyevin etdiyi güzəştdir".