Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla iki dövlət liderlərinin Alyaskada keçiriləcək görüşünə hazırlığı müzakirə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, “Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlıqla bağlı bəzi aspektlər müzakirə edilib”.