Ukraynanın iştirakı olmadan Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin qərarlarını tanımayacağıq
Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukraynasız Ukrayna haqqında danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Ona görə də söhbət onların özləri üçün vacib ola bilər, lakin onlar bizsiz Ukrayna ilə bağlı heç nə qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ Prezidenti bunu başa düşür və nəzərə alır”, - Zelenski bildirib.
Qeyd edək ki, avqustun 15-də Alyaskda Rusiya və ABŞ liderləri bir araya gələcək.