AZ

Binəqədi Gənclər Evində Tünzalə Ağayeva ilə görüş keçirilib – FOTO/VİDEO 

Binəqədi Gənclər Evində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə tədbir baş tutub.

Doğru.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən mərkəzin təşkil etdiyi “İmza saatı” layihəsində Xalq artisti Tünzalə Ağayeva gənclərlə görüşüb. İki saat davam edən tədbirdə gənclər sənətçiyə yaradıcılıq, musiqi və sosial mövzularla bağlı suallar ünvanlayıb, fikir mübadiləsi aparılıb.

Müğənni yeni layihələrindən danışıb, gənclərin cəmiyyətin inkişafında rolunu vurğulayıb. Sonda isə “Sevdi can səni” mahnısını gənclərlə birlikdə ifa edib və xatirə fotoları çəkdirilib.

DOĞRU.AZ

image-img-20250812-wa0107 image-img-20250812-wa0104 image-img-20250812-wa0109 image-img-20250812-wa0112 image-img-20250812-wa0119 image-img-20250812-wa0116 image-img-20250812-wa0108

Seçilən
54
1
dogru.az

2Mənbələr