AZ

Bayramov və Mirzoyan telefonla danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

Bu barədə “Cebheinfo.az”a XİN-dən xəbər verilib.

Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.

“Cebheinfo.az”

Seçilən
88
49
cebheinfo.az

10Mənbələr