Ankara, 12 avqust, AZƏRTAC
Avqustun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə Ankaradakı Prezident Kompleksində danışıqlar aparıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə dövlətinin başçısı ali qonağı “Beştəpə” Prezident Kompleksinin divarları önündə qarşılayıb.
Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Ərdoğan və Kavelaşvili iki ölkənin nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər.
Danışıqlardan sonra birgə mətbuat konfransı gözlənilib.
Prezident M.Kavelaşvilinin ikigünlük rəsmi səfəri Türkiyə Prezidentinin dəvəti ilə təşkil olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara