AZ

Alyaskalılar Putinin səfərinə etiraz ediblər...

...Alyaskanın ən böyük şəhəri Ankorijdə ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında mümkün görüşlə bağlı etirazlar hazırlanır.

SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, “Stand Up Alyaska” siyasi təşkilatı tədbiri sammitdən bir gün əvvəl, cümə axşamı, avqustun 14-nə təyin edib.

Tədbir “Alyaska Ukrayna ilə” şüarı altında keçiriləcək. ...Qubernatorun razılığı ilə Prezident Donald Tramp Vladimir Putini dəvət etdi. Biz həm Trampa, həm də Putinə aydın mesaj göndərmək üçün toplaşırıq: Alyaska avtoritarizmə qarşı qətiyyətlə dayanır.

Bu, təşkilatçıların vebsaytında deyilir.

...Stand Up Alaska Facebook səhifəsi birbaşa yerli sakinləri küçələrə çıxmağa və aksiyaya qoşulmağa çağırır: “Beynəlxalq hərbi cinayətkarın (Vladimir Putin. - Red.) olmasına etiraz etmək üçün Alyaskanın Ankoric şəhərində bizə qoşulun”.

Əli Babayev

Seçilən
1
1
sia.az

2Mənbələr