AZ

Səudiyyə Ərəbistanı klubu Kilian Mbappeyə görə “Real”a 350 milyon təklif edir

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanı təmsilçisi "Real"ın hücumçusu Kilian Mbappeni transfer etmək barədə ciddi düşünür. Sport24.az "Defensa Central"a istinadən xəbər verir ki, adı açıqlanmayan Səudiyyə klubu 26 yaşlı futbolçu üçün 350 milyon avroluq transfer təklifi etməyə hazırdır. Bu, fransalı hücumçunun komanda yoldaşı Vinisius üçün təklif ediləndən 50 milyon avro çoxdur.

Səudiyyəlilərin məqsədi liqanın imicini gücləndirmək üçün ulduz futbolçu cəlb etməkdir. Eyni zamanda, Mbappeyə "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun müqaviləsində göstərilənlərə uyğun və ya çox yaxın şərtlər təqdim oluna bilər.

Bununla belə, "Real"ın prezidenti Florentino Peres Mbappeni satmaq istəmir. O, futbolçunun həm meydanda, həm də kommersiya planında "Kral klubu" üçün əsas fiqur olduğuna inanır. Futbolçunun özü Səudiyyə Ərəbistanına köçməkdə maraqlı deyil.

Qeyd edək ki, Mbappe 2024-cü ilin yayında "Real"a keçib. Onun İspaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
sport24.az

1Mənbələr