AZ

Keyfiyyət Assosiasiyası İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə
“İqlim dəyişikliyi və ISO standartları” kitabı layihəsinin icrasına başlayıb. Sabahinfo.az xəbər verir ki, layihənin məqsədi iqlim dəyişikliyi, qlobal istiləşmənin ətraf mühit, cəmiyyət və iqtisadiyyat üzərində potensial təhlükə və təsirləri barədə ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda karbon emissiyalarının azaldılması və idarə edilməsi, resurslardan daha effektiv istifadə və davamlı inkişaf hədəflərinə nail olunması üçün ISO standartlarının təqdim etdiyi alət və yanaşmalarla müəssisə və təşkilatları təmin etməkdən, bu sahədə bilik və təcrübənin yayılmasıni dəstəkləməkdən ibarətdir.
Layihə çərçivəsində “İdarəetmə sistemlərinin daxili auditi” adlı kitab nəşr olunacaq və təqdimat mərasimi keçiriləcək. Kitab şirkətlər, biznes assosiasiyalar, universitetlər və kitabxanalara paylanılılacaq.
Qeyd edək ki, layihə 1avqust 2025 – 31 oktyabr 2025 -ci il tarixlərini əhatə edir.

Seçilən
2
sabahinfo.az

1Mənbələr