Qəzzada qida çatışmazlığından ölənlərin sayı 103-ü uşaq olmaqla 227 nəfərə çatıb.
Ölkə.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
"Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində ikisi uşaq olmaqla, aclıq və qida çatışmazlığından beş ölüm faktını qeydə alıb. Bununla da aclıqdan ölənlərin ümumi sayı 227-yə, o cümlədən 103-ü uşaqdır", - nazirliyin açıqlamasında deyilir.
Qəzza rəsmilərinin məlumatına görə, 2025-ci ilin əvvəlindən Qəzzada 173, 2024-cü ildə 50, bir il əvvəl isə daha 4 nəfər aclıqdan ölüb.
Həmidə İbrahimova