AZ

DSK sədri seçki dairəsindən oğurluq edib?

80 saylı Lerik-Astara Dairə Seçki Komissiyasının sədri Firdovsi Fazilov 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkisindən 2 ay sonra dövlətin maliyyəsi ilə alınan bəzi ləvazimatları gözətçisinin köməyi ilə satmaq üçün özü ilə aparıb.

 

Bu barədə "Unikal"a videofakt daxil olub. Videoda DSK sədri Firdovsi Fazilovun seçki dairəsindən 99-CX-515 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobilinə daşıdığı görünür.

 

"Unikal" məsələ ilə bağlı F.Fazilovla əlaqə saxlayıb. O, sayta açıqlamasında bildirib ki, qeyd olunan məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılıb: "Həmin vaxt araşdırma aparıldı, fakt aşkarlanmadı. İndi isə sizdə hansı videonun olduğunu bilmirəm", - deyə o əlavə edib.

 

Qeyd edək ki, video bələdiyyə seçkisindən təxminən 2 ay sonra - 1 aprel 2025-ci ildə lentə alınıb.

 

Tarix: 12 Avqust 2025, 18:41   
Seçilən
26
3
pravda.az

4Mənbələr