
ABŞ Norveçin Erlann aviabazasına üç strateji B-1B Lancer bombardmançı təyyarəsi göndərib.
Olaylar xəbər verir ki,bu barədə NATO-nun Birləşmiş Hava Komandanlığı (AIRCOM) məlumat yayıb.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Texas ştatındakı Dyess aviabazasından havaya qalxıb.
"Müddətli olaraq Norveçdə yerləşdikləri vaxt uzaqmənzilli bombardmançılar müttəfiqlərin rəhbərliyi ilə norveç F-35 qırıcıları və digər NATO təyyarələri ilə birlikdə bir sıra uçuşlar həyata keçirəcək, yüksək təhlükə şəraitində hava əməliyyatlarını məşq edəcək, axtarış, aşkarlama, izləmə və hədəf göstərmə bacarıqlarını təkmilləşdirəcəklər", - deyə məlumatda bildirilir.
Bundan əlavə, onlar "manevr azadlıqlarını məhdudlaşdırmağa yönəlmiş hava və quru təhdidlərinə qarşı" təlimlərdə iştirak edəcəklər ki, AIRCOM-un qeyd etdiyinə görə, bu, NATO-nun "havada üstünlüyü təmin etmək" hazırlığını artıracaq.
Bundan əvvəl Business Insider nəşri yazmışdı ki, NATO Kalininqrad ətrafında Rusiyanın hərbi fəaliyyətini AWACS tipli ixtisaslaşdırılmış komplekslər vasitəsilə izləyir.
İbrahim Məmmədli